...

Azərbaycanın Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub, iki nəfər xəsarət alıb - DİN

Hadisə Materials 29 İyun 2010 13:04 (UTC +04:00)
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, iyunun 28-də saat 21:30 radələrində Ağcabədi rayonu ərazisində rayon sakini Əlizamin Əlizadəyə məxsus "ER-Petrol" yanacaqdoldurma məntəqəsində yanğın baş verib.
Azərbaycanın Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub, iki nəfər xəsarət alıb - DİN

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanın Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub, iki nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, iyunun 28-də saat 21:30 radələrində Ağcabədi rayonu ərazisində rayon sakini Əlizamin Əlizadəyə məxsus "ER-Petrol" yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

Nəticədə, məntəqənin və oraya yanacaq boşaldan "KamAZ" markalı avtomaşının  konstruksiyaları yanıb; sürücü Ağaşad Xəlilov və operator Saməddin Quliyev yanıq xəsarətləri, habelə FHN-nin 2 əməkdaşı zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti