...

Azərbaycanda polis bölməsinin sabiq əməliyyat müvəkkili 12 il müddətinə azadlıqdan məhrum olunub

Hadisə Materials 4 Avqust 2010 17:34 (UTC +04:00)
Azərbaycanda polis bölməsinin sabiq əməliyyat müvəkkili Tural Qafarov 12 il müddətinə azadlıqdan məhrum olunub.
Azərbaycanda polis bölməsinin sabiq əməliyyat müvəkkili 12 il müddətinə azadlıqdan məhrum olunub

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda polis bölməsinin sabiq əməliyyat müvəkkili Tural Qafarov 12 il müddətinə azadlıqdan məhrum olunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin sabiq əməliyyat müvəkkili, polis mayoru Tural Kamil oğlu Qafarovun cinayət işi üzrə məhkəmənin hokmü elan olunub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adamöldürmə (120.2.2), xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adamöldürmə (120.2.4) maddələri ilə ittiham edilir.

Qafarov 2009-cu il dekabrın 1-də Nəsimi rayonu Dilarə Əliyeva küçəsi, 251 ünvanında Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Zaur Səfail oğlu Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Müəyyən edilib ki, Qafarov Əliyevin bacısı Əliyeva Nərgiz Səfail qızının həyat yoldaşı olub. Onlar bir müddət əvvəl Yasamal rayon məhkəməsinin qərarı ilə boşanıblar. Hadisənin baş verməsinə səbəb isə Qafarovla Əliyevin bacısı arasında mülk bölgüsünün düzgün aparılmaması olub.

Xəbər lenti

Xəbər lenti