...

İranda təyyarə qəzası zamanı itkin düşənlərdən biri tapılıb (ƏLAVƏ OLUNUB 2)(FOTO)

Hadisə Materials 10 Yanvar 2011 12:44 (UTC +04:00)
"İran Air" şirkətinin "Boeing-727" təyyarəsinin qəzaya uğraması nəticəsində itkin düşənlərdən biri tapılıb. Bu barədə FARS agentliyinə İranın fövqəladə hallar nazirinin müavini Əhməd Məcidi məlumat verib.
İranda təyyarə qəzası zamanı itkin düşənlərdən biri tapılıb (ƏLAVƏ OLUNUB 2)(FOTO)

İtkin düşənlər barədə məlumat əlavə olunub, həlak olan və yaralananların sayı dəqiqləşdirilib.

"İran Air" şirkətinin "Boeing-727" təyyarəsinin qəzaya uğraması nəticəsində itkin düşənlərdən biri tapılıb. Bu barədə FARS agentliyinə İranın fövqəladə hallar nazirinin müavini Əhməd Məcidi məlumat verib.

Onun sözlərinə görə, xilas olmuş sərnişin yaralıdır. Məcidi itkin düşən digər şəxslə bağlı bildirib ki, çox güman, onun adı sərnişinlərin siyahısında səhv qeyd olunub.

"İran Air" şirkətinin "Boeing-727" təyyarəsi bazar günü Qərbi Azərbaycan vilayətində qəzaya uğrayıb. Bu barədə FARS agentliyi Məcidiyə istinadən məlumat yayıb.

Təyyarə Tehrandan Urmiya şəhərinə uçarkən naməlum səbəblərdən məcburi eniş edib və qəzaya uğrayıb. 77 nəfər həlak olub, 27 nəfər yaralanıb, FARS agentliyi xəbər verir. Sərnişin təyyarəsinin "qara qutu"larından biri tapılıb, MEHR agentliyi bildirir.

Bundan əvvəl 12 ekipaj üzvünün həlak olduğu xəbər verilib.

Aviaqəzanın dəqiq səbəbləri hələ tam məlum deyil. Bazar günü axşam hadisə yerinə gələn İranın nəqliyyat və yollar naziri Həmid Bəhbəhani deyib ki, "qara qutu"lar daha ətraflı məlumat verilənədək öyrənilməlidir. O, həmçini əlavə edib ki, aviaqəzada zərər çəkmiş adamlar dindiriləcəklər. Bu barədə İranın Press TV telekanalının saytı məlumat verib.

İranın Mehr agentliyinin məlumatına görə, Qərbi Azərbaycan vilayəti administrasiyası nümayəndəsi bildirib ki, qəzadan az əvvəl pilot dispetçerlə əlaqəyə girib və göyərtədə texniki problemin olması barədə məlumat verməyə macal tapıb.

Pis hava şəraiti nəticəsində təyyarə məcburi edərək yerə çırpılıb və bir neçə hissəyə dağılıb.

Hava şəraitinin pis olması axtarış tədbirlərinin həyata keçirilməsinə çətinliklər yaradır.

İran Prezidenti Mahmud Əhmədinejad qəza nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib.

Bu faciə ilə əlaqədar Qərbi Azərbaycan vilayətinində 3 gun matəm elan olunub.

Azərbaycanın İrandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirlikdə hələ ki qəzaya uğrayan təyyarənin göyərtəsində Azərbaycan vətəndaşının olub-olmaması haqqında məlumat yoxdur.

Hava qəzaları İran üçün nadir hadisə deyil. Buna səbəb təyyarələrin köhnəlməsidir, Press TV xəbər verir.

2010-cu ilin yanvarında İranın Məşhəd şəhərində rusyalı ekipajın idarə etdiyi Tu-154 təyyarəsi qəzaya uğrayıb. Nəticədə 46 sərnişin zərər çəkib.

2009-cu il iyulun 24-də İranda İl-62 təyyarəsi qəzaya uğrayıb. 16 nəfər, eləcə də 13 ekipaj üzvü xəsarət alıb. Təyyarə uçuş-enmə zolağından kənara çıxaraq beton hasara çırpılıb.

2009-cu il iyulun 5-də İranın Qəzvin şəhərinin ətrafında "Kaspian" aviaşirkətinin Tu-154 təyyarəsi qəzaya uğrayıb. O, Tehran-Yerevan marşrutu üzrə reys həyata keçirirmiş. Göyərtədə 168 nəfər olub. Onların hamısı həlak olub.

Xəbər lenti

Xəbər lenti