...

Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var

Hadisə Materials 25 Yanvar 2011 21:50 (UTC +04:00)
Bakının Fəhlə prospektində çərşənbə axşamı axşam saatlarında birinin markası İsuzu olan iki abtobus toqquşub. Bu barədə Trend-ə Xətai Rayon Polis İdarəsindən məlumat verilib.
Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir R.Daraxşan/

Bakının Fəhlə prospektində çərşənbə axşamı axşam saatlarında birinin markası İsuzu olan iki avtobus toqquşub. Bu barədə Trend-ə Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Polisdən bildirdiklərinə görə, yol qəzası nəticəsində dörd nəfər xəsarət alıb, onların üçü Səlyan rayonunun sakinləridir. Xəsarət alanların birinin adı Cəfərov Elçin Vaqif oğludur.

Yaralanlardan bir qadın fəqərəarası diskinin zədəsi alıb. Qalanlar yüngül xəsarətlər alıblar.

Xəbər lenti

Xəbər lenti