...

Türkiyədə axtarışda olan şəxs Azərbaycanda tutulub

Hadisə Materials 2 Mart 2011 14:11 (UTC +04:00)
Türkiyədə adam öldürməyə cəhd maddəsi ilə axtarışda olan şəxs Azərbaycanda tutulub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Türkiyədə axtarışda olan şəxs Azərbaycanda tutulub

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyədə adam öldürməyə cəhd maddəsi ilə axtarışda olan şəxs Azərbaycanda tutulub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə Cinayət Məcəlləsinin 88.1, 35.2, 29, 62.1 və 53.1-ci maddələri (adam öldürməyə cəhd və bədənə xəsarət yetirmə) ilə axtarışda olan Türkiyə vətəndaşı Ergen Mesut Ali oğlu tutulub.

Xəbər lenti

Xəbər lenti