...

Azərbaycanda bayram günləri 26 nəfər yol qəzasında ölüb

Hadisə Materials 28 Mart 2011 17:44 (UTC +04:00)
Azərbaycanda bayram günləri 116 yol qəzası nəticəsində 26 nəfər ölüb, 167 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Azərbaycanda bayram günləri 26 nəfər yol qəzasında ölüb

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bayram günləri 116 yol qəzası nəticəsində 26 nəfər ölüb, 167 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi idarəsindən Trend-ə verilən məlumata görə, martın 20-dən 27-dək qeydə alınan qəzaların 46-sı Bakının payna düşüb. Bakıda qəzalar zamanı 7 nəfər dünyasını dəyişib, 64 nəfər yaralanıb.

Qeydə alınan qəzaların 45-i toqquşma (4 ölüm, 85 yaralı), 35-i piyadanın vurulması (12 ölüm, 23-ü yaralı) olub. Piyadanın vurulması hadisəsinin 18-i Bakıda (4 ölüm, 14 yaralı) qeydə alınıb.

Hadisələrdən 20-si isə maneəvurma olub.

Yol qəzalarının əsas səbəbi avtomobillərin yüksək sürətlə idarə olunmasıdır.

Xəbər lenti

Xəbər lenti