...

Hökməlidə avtomobilin içində partlayıcı qurğunun olması xəbəri narahatlıq yaradıb

Hadisə Materials 4 Aprel 2011 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir T.Hacıyev/

Abşeron rayonunun Hökməli kəndində Azərbaycan vətəndaşına məxsus "Mercedes" markalı minik avtomobilinin içərisində partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Trend-in məlumatına görə, bu barədə xəbəri nazirliyin rəsmi internet saytı yayıb.

Nazirliyin məlumatına görə, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər kənar şəxslərin təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib.

Nazirliyin əməkdaşlarının hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə apardıqları birgə baxış nəticəsində avtomobildə şübhəli əşya aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti