...

Bakıda Mühafizə Polisinin əməkdaşı cinayət törədib

Hadisə Materials 6 Aprel 2011 16:51 (UTC +04:00)
Həsənəliyev qeyd olunan ünvanda mübahisə zəminində 26 yaşlı Ülvi Əliyevin çiynindən bıçaqla vuraraq ona xəsarət yetirib.
Bakıda Mühafizə Polisinin əməkdaşı cinayət törədib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Mühafizə Polisinin əməkdaşı cinayət törədib.

Səbail rayon prokurorluğundan Trend-ə bildirilib ki, aprelin 5-dən 6-na keçən gecə, saat 02:00 radələrində Bayıl qəsəbəsi, C.Əliyev küçəsi, dalan 1, ev 15-də yaşayan Nəsimi rayon Mühafizə Polisinin əməkdaşı Elşad Həsənəliyev iki nəfərə bıçaqla xəsarət yetirib.

Həsənəliyev qeyd olunan ünvanda mübahisə zəminində 26 yaşlı Ülvi Əliyevin çiynindən bıçaqla vuraraq ona xəsarət yetirib.

Polis əməkdaşı onları sakitləşdirmək istəyən Hökumə Qurbanovaya da xəsarət yetirib.

Məlumata görə, Ülvi Əliyev Qurbanovanın qızının nişanlısı olub.

Qurbanova faktla bağlı Səbail rayon Polis İdarəsinə şikayət edib.

Hazırda faktla bağlı idarədə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti