...

Beyləqan rayonunda ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Hadisə Materials 28 Aprel 2011 12:10 (UTC +04:00)
Beyləqan rayonunda ağır yol qəzası olub.
Beyləqan rayonunda ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Beyləqan rayonunda ağır yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən saat 16:00 radələrində Beyləqan rayonu ərazisində Bakı şəhər sakini Hümbət Alışovun idarə etdiyi "Ford Deal" markalı və Əlinəzərli kənd sakini Elçin Quliyevin idarə etdiyi "İveko Otoyol" markalı avtomaşınlar toqquşub.

Nəticədə Alışovun sərnişini Füzuli rayon sakini Almaz Əliyeva hadisə yerində ölüb, xəsarət almış Quliyev və sərnişinləri - Füzuli rayon sakini Valeh Məmmədov, Bərdə rayon sakini Ramil Əzimov isə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti