...

Gömrükçülər İrandan gələn Azərbaycan vətəndaşlarının daxili orqanlarında narkotik vasitələr aşkar ediblər

Hadisə Materials 30 Aprel 2011 11:12 (UTC +04:00)
Gömrükçülər İrandan gələn Azərbaycan vətəndaşlarının daxili orqanlarında narkotik vasitələr aşkar ediblər.
Gömrükçülər İrandan gələn Azərbaycan vətəndaşlarının daxili orqanlarında narkotik vasitələr aşkar ediblər

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Gömrükçülər İrandan gələn Azərbaycan vətəndaşlarının daxili orqanlarında narkotik vasitələr aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsinin əməkdaşları İrandan Azərbaycana piyada gələn Ələsgərov Vüqar Şiraslan oğlunun üzərində yoxlama aparıblar.

Yoxlama zamanı onun üzərindən heç bir şey aşkar edilməyib. Lakin yoxlandıqca özünü çox narahat hiss etdiyindən, həkim köməyi ilə daxili orqanlarını yoxlamağa qərar verilib.

Həkimin və şahidlərin iştirakı ilə onun düz bağırsağında saxladığı, 3 ədəd ayrı-ayrı polietilen bükümlərdə olan, 2 bükümdə ümumi xalis çəkisi 1,310 qram olan narkotik vasitə heroini və bir bükümdə xalis çəkisi 0,270 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Gömrükçülər İrandan Azərbaycana gələn Əsədov Qurban Əbülfət oğlunun üzərində yoxlama aparıblar. Bu zaman o, gödəkcəsinin içəri sol cibində saxladığı 1 ədəd kolbanın içərisində olan qalın polietilendə qablaşdırılmış bir ədəd uzunsov bükümdə, xalis çəkisi 0,240 qram olan psixotrop maddə - metamfetamini cibindən çıxararaq təqdim edib.

Yoxlama davam etdirilib və onun düz bağırsağından 5 ədəd ayrı-ayrı polietilen bükümlərdə olan, gömrük nəzarətindən gizlədilmiş, çəkisi 27,050 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

İrandan gələn Əliyev Ənvər Əlibala oğlu saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş, çəkisi 104,005 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Astara gömrükçüləri isə İrandan gələn Əmirov İsrafil Rizvan oğlunun üzərində apardıqları yoxlama zamanı onun daxili orqanlarına həkim müayinəsi zərurəti yarandığı üçün Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada həkim müayinəsi zamanı onun düz bağırsağından bir ədəd bükümdə ümumi çəkisi 26 qram olan heroin aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti