...

Hacıqabulda baş verən partlayışda ölən və yaralanan şəxslərin siyahısı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 9 Avqust 2011 19:14 (UTC +04:00)
Hacıqabulda baş verən partlayışda ölən və yaralanan şəxslərin siyahısı açıqlanıb (ƏLAVƏ OLUNUB)
Hacıqabulda baş verən partlayışda ölən və yaralanan şəxslərin siyahısı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Sonuncu abzas əlavə olunub (ilk xəbər 18:37-də yayılıb)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M.Əliyev/

"Azpetrol" şirkətinin Hacıqabul rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı ölən və yaralanan şəxslərin siyahısı açıqlanıb.

Hadisə zamanı Hacıyev Çingiz İdris oğlu (Şərur rayon sakini) və Babayev Eldar (Kürdəmir rayon sakini) həlak olub.

Hacıqabul rayon Mərkəzi Xəstəxanasından Trend-ə bildirilib ki, çərşənbə axşamı xəstəxanaya yerləşdirilən yaralılar bunlardır: Taleh Fərhad oğlu Əhmədov, Səidə Knyaz qızı Həmidova, Fərman Nadir oğlu Aslanov, Pərvin Elçin oğlu Məmmədov, Elnarə Knyaz qızı Həmidova (hamısı Gəncə sakinləri), Elnurə Arif qızı Məmmədova, Etibar Tofiq oğlu Səfərov, Ellada Əmiraslan qızı Kərimova (Bakı sakinləri), Naibə Şamxal qızı Quliyeva (Sumqayıt sakini), Aydan Elnur qızı İbrahimova (Samux rayonu sakini), David Rostomoviç Çoxselia (Gürcüstan vətəndaşı).

Xəstələrdən üçü - Elnurə Məmmədova, Aydan İbrahimova və David Çoxselia vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıblar.

Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində ilkin məlumata görə, 2 nəfər həlak olub, 15 nəfər yaralanıb, 7 avtomobil yanıb.

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev Trend-ə bildirib ki, hadisə zamanı xəsarət alan və Kürdəmir, Şirvan, Hacıqabul xəstəxanalarına yerləşdirilən yaralılar Bakıdakı yanıq mərkəzinə yerləşdiriləcəklər.

Xəbər lenti

Xəbər lenti