Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T.Hacıyev/
Daxili İşlər Nazirliyi Ramin Bayramovun itkin düşməsi barədə nazirliyin "102" xidmətinə daxil olan məlumatı araşdırır. Bu barədə cümə günü DİN-in mətbuat xidmətindən məlumat verib.
Məlumata görə, avqustun 11-də bir şəxs DİN-in "102" xidmətinə zəng edərək məlumat verib ki, özünü Rövşən adlandıran şəxs ona dostu Ramin Bayramovun "Nizami" metrosu yaxınlığında maşına oturdularaq naməlum istiqamətə aparıldığını deyib. Dərhal məlumat aidiyyatı olaraq Yasamal Polis İdarəsinin 27-ci Polis bölməsinə çatdırılıb.
Məlumata görə, polis əməkdaşları hələki "102" xidmətinə məlumat verənlərin şəxsiyyətini müəyyənləşdirə bilməyib. Buna görə də bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Ramin Bayramov islam-azeri.az intermet qəzetinin Baş redaktorudu.
Azərbaycan DİN internet-qəzetin baş redaktorunun itkin düşməsi barədə daxil olan məlumatı araşdırır
Daxili İşlər Nazirliyi Ramin Bayramovun itkin düşməsi barədə nazirliyin "102" xidmətinə daxil olan məlumatı araşdırır
