...

Sumqayıtda Slovakiya vətəndaşı qarət olunub

Hadisə Materials 19 Avqust 2011 13:29 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 17-də Slovakiya vətəndaşı Klimentova Viera Miraslavovnaya məxsus içərisində 20 manat, mobil telefon, açarlar və şəxsi sənədlər olan çanta oğurlanıb.
Sumqayıtda Slovakiya vətəndaşı qarət olunub

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıtda Slovakiya vətəndaşı qarət olunub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 17-də Slovakiya vətəndaşı Klimentova Viera Miraslavovnaya məxsus içərisində 20 manat, mobil telefon, açarlar və şəxsi sənədlər olan çanta oğurlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Köhnə Corat qəsəbə sakini Tahir Şahbazov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 17-də Mahir Abdullayevlə birgə Sevinc Kazımovaya məxsus içərisində 2000 manat, 2500 dollar dəyərində qızıl boyunbağı və 2 ədəd mobil telefon olan çantanı oğurlamaları da müəyyən edilib.
.

Xəbər lenti

Xəbər lenti