...

Bakı polisi oğurlanmış avtomobili tapıb

Hadisə Materials 26 Sentyabr 2011 12:34 (UTC +04:00)
Daxili İşlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, sentyabrın 23-də Sumqayıt şəhəri ərazisindən Emin Həsənova məxsus "Mercedes" markalı avtomaşın qaçırılıb.
Bakı polisi oğurlanmış avtomobili tapıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı polisi oğurlanmış avtomobili tapıb.

Daxili İşlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, sentyabrın 23-də Sumqayıt şəhəri ərazisindən Emin Həsənova məxsus "Mercedes" markalı avtomaşın qaçırılıb.

DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər kameraları vasitəsilə avtomobilin metronun "Əzizbəyov" stansiyası istiqamətində hərəkətdə olması aşkar edilib və görülmüş tədbirlər nəticəsində onu qaçırmış Bakı şəhər sakini Tural Qəhrəmanov saxlanılıb.

Araşdırmalar aparılması üçün Qəhrəmanov avtomaşınla birgə Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti