Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Türkiyənin Van əyalətində zəlzələ nəticəsində ölənlərin sayı 534-ə çatıb. 2300 nəfərin xəsarət aldığı bildirilir. Bu barədə cümə axşamı Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Məlumata görə, havanın kəskin soyuması nəticəsində axtarış-xilasetmə tədbirləri çətinləşib.
Van vilayətində oktyabrın 23-də 7,2 bal gücündə zəlzələ baş verib.
Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakətlər və Fövqəladə Hallar üzrə İdarənin məlumatına görə, dağıntılar altından 185 nəfər sağ çıxarılıb.
İndiyə qədər mütəxəssislər Van şəhərində zəlzələ zamanı dağılmasa da, zərər çəkən 7069 binada araşdırma aparıblar. Bu binaların 3713-də yaşayışın mümkün olmadığı müəyyənləşib