...

Əfqanıstanın Fəryab əyalətində minalanmış uzunqulaq partlayıb

Hadisə Materials 15 Noyabr 2011 16:04 (UTC +04:00)
Partlayıcı maddə ilə yüklənmiş uzunqulaq çərşənbə axşamı Əfqanıstanın şimalındakı Fəryab əyalətində partlayıb. Hadisə nəticəsində bir polis işçisi ölüb, 17 nəfər yaralanıb.
Əfqanıstanın Fəryab əyalətində minalanmış uzunqulaq partlayıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Partlayıcı maddə ilə yüklənmiş uzunqulaq çərşənbə axşamı Əfqanıstanın şimalındakı Fəryab əyalətində partlayıb. Hadisə nəticəsində bir polis işçisi ölüb, 17 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Əfqanıstan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətinin məlumatına görə, hadisə yerli vaxtla saat 11:00-da Görməç qəzasının Gənc yaşayış məntəqəsindəki bazarda baş verib. Həmin yerə içərisində əldəqayırma partlayıcı qurğu olan yüklə uzunqulaq gəlib.

Yaralıların hamısı qəzadakı xəstəxanaya çatdırılıb.

Bu, Əfqanıstanda bir gündə baş verən ikinci terror aktıdır. Əfqanıstan əhalisi noyabrın 16-da Kabildə Loyya Cirginın (Ali Ümuməfqan Assambleyası) açılışına hazırlaşır. Açılışda ABŞ ilə uzunmüddətli strateji əməkdaşlıq haqqında saziş müzakirə ediləcək. Saziş ABŞ hərbi bazalarının bu ölkədə daimi yerləşməsini ehtiva edir.

Çərşənbə axşamı səhər Kabil əyalətində minalanmış avtomobil partlayıb. Nəticədə 5 nəfər xəsarət alıb.

Əfqanıstan DİN-in digər məlumatına əsasən, Fəryab əyalətinin inzibatı mərkəzi olan Meymənə şəhəri yaxınlığındakı çayda çərşənbə axşamı polislər iki yanmış insan cəsədi və bir kəsilmiş baş tapıblar.

Bazar günü Fəryab əyalətinin Paştun Kot qəzasında asayiş keşikçiləri daha iki başı kəsilmiş insan cəsədi tapıblar. Cəsədlər iki həftə əvvəl yerli tikinti şirkətinin qaçırılan mühəndislərinə məxsusdur. Polislər hesab edirlər ki, bunu "Taliban" hərəkatı edib.

Xəbər lenti

Xəbər lenti