Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.Mehdiyev/
Bakıda Beynəlxalq Banka məxsus bankomatı qaynaq aparatı ilə kəsərək pul oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, noyabrın 17-də Nizami rayonu ərazisində quraşdırılmış Beynəlxalq Banka məxsus bankomatı qaynaq aparatı ilə kəsərək pul oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri Tural Məcidov, Pərviz Mehdiyev və əvvəllər məhkum olunmuş İqor İbrahimov Nizami RPİ 25-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.
Faktla bağlı araşdırma aparılır.
Bakıda bankomatı qaynaq aparatı ilə kəsərək pul oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb
Bakıda Beynəlxalq Banka məxsus bankomatı qaynaq aparatı ilə kəsərək pul oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb