Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir T.Cəfərov/
İranın Xuzistan əyalətində baş vermiş sel və daşqınlar nəticəsində Behbəhan-Ramhormoz magistral yolunda 6 nəfər həlak olub. Bu barədə Trend bazar ertəsi İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.
Məlumata əsasən, bazar günü yerli vaxtla 19:15-dən başlamış güclü yağış çayların daşaraq Behbəhan-Ramhormoz magistral yoluna axmasına səbəb olub. Sel nəticəsində çoxlu sayda avtomobil yolun kənarındakı dərələrə aşıb. İndiyədək 20 avtomobil qaldırıcı kranla dərədən çıxarılıb. Çox sayda insanın itkin düşdüyü bildirilir. İçərisində 3 yaşlı uşaq da olmaqla, 6 nəfərin meyiti tapılıb. Sel nəticəsində əkin sahələrinə və infrastruktura ciddi ziyan dəyib.
Güclü qar nəticəsində Ərdəbil əyalətində, İsfahan əyalətinin Məlayer şəhərində məktəblilər tətilə buraxılıb. Bəzi bölgələrdə qarın 2 metrə çatdığı bildirilir.
İranda sel 6 nəfərin ölümünə səbəb olub
Xuzistan əyalətində baş vermiş sel və daşqınlar nəticəsində Behbəhan-Ramhormoz magistral yolunda 6 nəfər həlak olub.
