Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir E.Mehdiyev/
Son iki gündə Bakı və Sumqayıtda 4 nəfər dəm qazından zəhərlənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, noyabrın 23-də Suraxanı rayonu H.Allahverdiyev küçəsindəki evlərdən birində yaşayan Xırda Nağıyeva, noyabrın 24-də Xətai rayonu Telnov küçəsində yaşayan Rasim Əliyev mənzillərində dəm qazından boğularaq ölüblər.
Məlumata görə, noyabrın 23-də Sumqayıt şəhər sakini Sevda Qulamova, Ceyranbatan qəsəbə sakini Leyla Cabbarova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanalara gətiriliblər.
Bakı və Sumqayıtda 4 nəfər dəm qazından zəhərlənib, ikisi ölüb
Son iki gündə Bakı və Sumqayıtda 4 nəfər dəm qazından zəhərlənib.