Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında partlayış olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, beşinci mərtəbədə yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan 2 otaqlı mənzildə partlayış baş verib.
Partlayış zamanı yanğın hadisəsi olmayıb.
Nəticədə, mənzilin arakəsmə divarları və 4-cü mərtəbədəki ümumi sahəsi 56 kv.m olan 2 otaqlı qonşu mənzilin hamam otağının tavanı uçub.
Binada yaşayan 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub.
Azərbaycanda beşmərtəbəli yaşayış binasında partlayış olub, 18 nəfər təxliyə edilib
Azərbaycanın Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında partlayış olub.