...

Bakıda avtomobil oğurlayan şəxs tutulub

Hadisə Materials 5 Dekabr 2011 12:45 (UTC +04:00)
Bakıda avtomobil oğurlayan şəxs tutulub.
Bakıda avtomobil oğurlayan şəxs tutulub

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtomobil oğurlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 7-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Aydın Quliyev dekabrın 3-də yaxalanıb.

Məlum olub ki, o, avqustun 4-nə keçən gecə H.Babaşov küçəsində yaşayan Kamil Məmmədova məxsus "VAZ-21015" markalı avtomobildən şüşəni çıxartma yolu ilə sənədlər və səsgücləndirici oğurlayıb.

Sentyabrın 5-nə keçən gecə isə 6-cı mikrorayon S.Məmmədova küçəsində yaşayan Vidadi Camalovun "VAZ-2106" markalı avtomobilini yaşadığı evin qarşısından qaçırıb və onu idarə edərkən 9-cu mikrorayon H.Babaşov küçəsində Bakı şəhər sakini Elnur Hüseynova məxsus "Kia-Cerato" markalı avtomobillə toqquşub.

Xəbər lenti

Xəbər lenti