Həbsxanada ölən və qaçan məhbusun kimliyi əlavə olunub (İlk xəbər 10:10-da yayılıb)
Azərbaycan, Bakı, 9 dekabr / Trend müxbir E.Mehdiyev/
Bakıda cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində bir məhkum ölüb, biri isə qaçıb.
Qaradağ rayon Prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, hadisə dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 2 saylı mətəqə tipli Cəzaçəkmə Müəssisəsində baş verib.
Məhbuslar arasında yaranan münaqişə nəticəsində bir nəfər özünü öldürüb.
Daha bir məhkum isə müəssisədən qaçıb.
Qaradağ rayon Prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, həbsxanada qaçan məhbus 1983-ci il təvəllüdlü Faiq Fuad oğlu Fərəcov, ölən şəxs isə 1988-ci il təvəllüdlü Fərid Cavid oğlu Dadaşovdur.
Bakıda cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində ölən və qaçan məhkumun şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB)
Bakıda cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində ölən və qaçan məhkumun şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB)
