Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakı-Sumqayıt yolunda bu gün səhər saatlarında tıxac yaranıb.
Trend-in hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, yolun Masazır qəsəbəsi yaxınlığındakı hissəsində - körpüdə avtomobillərin hərəkətində problem yaranıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bazar ertəsi Trend-ə bildiriblər ki, Xırdalan qəbiristanlığının yanından başlayaraq yolun kənarında təmizləmə işləri aparılır, yol nişanları və yolun kənarındakı dəmir konstruksiyalar yuyulur.
Bildirilib ki, yoldan keçən sürücülər təmizlik işlərinə baxmaq üçün avtomobillərin sürətini azaltdığından, ləngimələr yaranıb.
Trend-in hadisə yerində olan əməkdaşlarının məlumatına görə, ərazidəki körpüdə təmir işləri aparılır və bununla əlaqədar yolun bir hissəsində daralma yaranıb.