Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir F.Milad/
İranın Yəzd əyalətindəki Qədir poladtökmə zavodunda baş verən partlayış zamanı 7 nəfər ölüb, 12 nəfər yaralanıb. Bu barədə bazar ertəsi Trend İRNA agentliyinə istinadən məlumat verir.
Hadisə bazar günü saat 19:15-də baş verib. Ölənlər arasında xarici vətəndaşlar da olub. Partlayışın səbəblərini müəyyənləşdirmək üçün istintaq aparılır.