...

Bakıda avtoxuliqan bir ailənin qəniminə çevrildi (VİDEO)

Hadisə Materials 17 Dekabr 2011 14:33 (UTC +04:00)
Bakının Sabunçu rayonu ərazisində yüksək sürətlə hərəkət edən VAZ 2107 markalı avtomobil tərəfindən törədilən qəzada yolun kənarı ilə gedən 3 nəfər avtomobilin altında qalıb.
Bakıda avtoxuliqan bir ailənin qəniminə çevrildi (VİDEO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Sabunçu rayonu ərazisində yüksək sürətlə hərəkət edən VAZ 2107 markalı avtomobil tərəfindən törədilən qəzada yolun kənarı ilə gedən 3 nəfər avtomobilin altında qalıb.

Yüksək sürətlə hərəkət edən avtomobil dönərkən idarəetməni saxlaya bilməyib və yolun kənarı ilə gedən 2 qadın və bir uşağın üstünə aşıb.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, avtoxuliqanlar tərəfindən yol hərəkəti iştirakçılarının həyat və sağlamlıqlarına ciddi təhlükə yaradılır.

Onun sözlərinə görə, bu il ərzində Bakıda avtoxuliqanlar tərəfindən 39 yol qəzası törədilib və nəticədə 29 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Get the Flash Player to see this player.

Xəbər lenti

Xəbər lenti