...

Azərbaycanda iki nəfər özünü güllələyib

Hadisə Materials 19 Dekabr 2011 13:58 (UTC +04:00)
Azərbaycanda iki nəfər özünü güllələyib
Azərbaycanda iki nəfər özünü güllələyib

Azərbaycan, Bakı, 19 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda iki nəfər özünü güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, dekabrın 18-də Yevlax rayonunun Havarlı kəndi ərazisində Mingəçevir şəhər sakini Telman Abdullayev ov edərkən ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açdığı atəşdən özünə qarın nahiyəsindən xəsarət yetirib. Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Digər oxşar hadisə dünən Şəmkir rayonunda baş verib. Rayonun Varlı Həyat kəndi ərazisindəki otlaq sahəsində, kənd sakini Füzuli Hüseynov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən üz nahiyəsindən xəsarət alıb. Hüseynov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti