...

DİN Bakıda dünən baş vermiş kütləvi dava ilə bağlı məlumat yayıb

Hadisə Materials 28 Dekabr 2011 12:38 (UTC +04:00)
Daxili İşlər Nazirliyi dünən Bakıda baş vermiş kütləvi dava ilə bağlı məlumat yayıb.
DİN Bakıda dünən baş  vermiş kütləvi dava ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 28 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi dünən Bakıda baş vermiş kütləvi dava ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 27-də Nərimanov rayonu ərazisində şəhər sakinləri Faiq Məmmədov, qardaşı Natiq, Azər İsmayılov ilə İbrahim Yəhyayev, Elman Hacıbabayev, Orxan Aslanov arasında münaqişə baş verib.

Bu zaman İsmayılov bıçaqla, Yəhyayevə və Hacıbabayevə sol döş qəfəs nahiyələrindən daxilə nüfüz edən xəsarətlər yetirib.

Yəhyayev və E.Hacıbabayev xəstəxanaya yerləşdirilib, İbrahim orada ölüb, Hacıbabayevin vəziyyəti isə orta-ağırdır.

Nərimanov Rayon Polid İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azər İsmayılov tutulub.

Xəbər lenti

Xəbər lenti