...

Əfqanıstanda NATO hərbçisi mina partlayışında həlak olub

Hadisə Materials 3 Yanvar 2012 12:52 (UTC +04:00)
Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) hərbçisi ölkənin cənubunda radio ilə idarə olunan minanın partlaması nəticəsində həlak olub.
Əfqanıstanda NATO hərbçisi mina partlayışında həlak olub

Azərbaycan, Bakı, 3 yanvar /Trend/

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) hərbçisi ölkənin cənubunda radio ilə idarə olunan minanın partlaması nəticəsində həlak olub.

Trend-in məlumatına görə, bu barədə Assoşieyted Press agentliyi Şimali Atlantika Alyansının rəsmi bəyanatına istinadən xəbər verib.

Həlak olanın milliyyəti və onun ölümünün təfərrüatları barədə məlumat verilmir.

Assoşieyted Press agentliyinin qeyd etdiyi kimi, 2011-ci ildə Əfqanıstanda ISAF-ın cəmi 544 hərbçisi həlak olub.

2010-cu ildə bu ölkədə beynəlxalq koalisiyanın 700 hərbçisi həlak olub. Bundan əlavə, agentlik bildirir ki, ötən il təxminən 840 əfqan hərbçi və yerli ordunun əsgəri öldürülüb. Bu barədə RİA Novosti xəbər verir.

İSAF NATO-nun rəhbərliyi altında 48 ölkəni birləşdirir. 2014-cü ildə xarici hərbi kontingentin Əfqanıstandan çıxarılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti