...

Bakı şəhər sakininin avtomobili qaçırılıb

Hadisə Materials 6 Yanvar 2012 12:06 (UTC +04:00)
Bakı şəhər sakininin avtomobili qaçırılıb.
Bakı şəhər sakininin avtomobili qaçırılıb

Azərbaycan, Bakı, 6 yanvar / Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər sakininin avtomobili qaçırılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, dekabrın 7-nə keçən gecə Binə qəsəbəsində qəsəbə sakini Taleh Şəfiyevə məxsus "Niva" markalı avtomobildən şüşəni çıxarmaq yolu ilə sənədlər oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin və 2-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Hüseynov və Seyran Cahangirov yanvarın 5-də tutulub.

Müəyyən edilib ki, onlar dekabrın 8-nə keçən gecə Buzovna qəsəbəsindən Maştağa qəsəbə sakini Fəxrəddin Şahverdiyevə məxsus "VAZ-2107" markalı avtomobilini qaçırıblar.

Elə həmin gün avtomobil saat 21 radələrində Buzovna qəsəbəsində dəmir yolunun kənarında saz vəziyyətdə tapılıb.

Xəbər lenti

Xəbər lenti