Azərbaycan, Bakı, 7 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Salyanda internat məktəbində partlayış olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına isinadən verdiyi məlumata görə, məktəbin həyətində ümumi sahəsi 15 kv.m olan qazanxanada partlayış baş verib.
Yanğın hadisəsi olmayıb.
Nəticədə, tikilinin dam örtüyü çöküb. Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.