...

Bakıda ötən il qadına qarşı soyğunçuluq edən şəxs tutulub

Hadisə Materials 11 Yanvar 2012 10:39 (UTC +04:00)
Bakıda ötən ilin noyabrında qadına qarşı soyğunçuluq edən şəxs tutulub.
Bakıda ötən il qadına qarşı soyğunçuluq edən şəxs tutulub

Azərbaycan, Bakı, 11 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bakıda ötən ilin noyabrında qadına qarşı soyğunçuluq edən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, ötən il noyabrın 24-də Turşu küçəsində Bərdə rayon sakini Rövşən Cəfərov Bakı şəhər sakini Reyhan Atayevanın içərisində 12 600 manat olan əl çantasını əlindən alaraq qaçıb.

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 37-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Rövşən Cəfərov yanvarın 10-da tutulub.

Xəbər lenti

Xəbər lenti