...

Türkiyə sığorta şirkəti azərbaycanlı dənizçinin cəsədinin alınması ilə bağlı danışıqlar aparır

Hadisə Materials 17 Yanvar 2012 12:56 (UTC +04:00)
"Ədirnə" tankerini sığortalayan Türkiyənin sığorta şirkətinin nümayəndəliyi Albaniya sularında Türkiyə tankerinin partlaması nəticəsində həlak olmuş kapitan Xəyyam Məmmədovun meyitinin alınması ilə bağlı Albaniya tərəfi ilə danışıqlar aparır.
Türkiyə sığorta şirkəti azərbaycanlı dənizçinin cəsədinin alınması ilə bağlı danışıqlar aparır

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir A.Tağıyeva/

"Ədirnə" tankerini sığortalayan Türkiyənin sığorta şirkətinin nümayəndəliyi Albaniya sularında Türkiyə tankerinin partlaması nəticəsində həlak olmuş kapitan Xəyyam Məmmədovun meyitinin alınması ilə bağlı Albaniya tərəfi ilə danışıqlar aparır. Bu barədə çərşənbə axşamı Trend-ə gəminin məxsus olduğu "Saygi Denizcilik ve Elektrik" şirkətindən məlumat verilib.

"Məmmədovun meyitinin verilməsi ilə bağlı bütün zəruri prosedurlar başa çatıb. Təkcə Albaniya hakimiyyətindən icazə almaq qalır", - şirkətdən bildiriblər.

Şirkətdən deyiblər ki, digər üç azərbaycanlı dənizçi - Arif Əmrahov (1991-ci il təvəllüdlü), Səfa İbrahimov (1962-ci il) və Ramil Məlikov (1977-ci il) da Albaniya tərəfindən razılıq alındıqdan sonra İstanbul vasitəsilə Azərbaycana gələcəklər.

Batmış gəminin ekipajının 15 üzvündən dördü Azərbaycan vətəndaşı, altısı Gürcüstan vətəndaşı, üçü Türkiyə və ikisi Ukrayna vətəndaşı olub.

Türkiyəyə məxsus "Ədirnə" tankeri yük tanklarında partlayışdan sonra yanvarın 15-də Adriatik dənizində, Albaniyanın Durres limanından 3 mil aralıda batıb. Tanker Durresdə 3000 tondan çox yanacaq yükləyib.

"Ədirnə" tankeri IMO 7704291, yük tutumu 4112 ton, 1980-ci il istehsalı, Syerra Leone bayrağı, operator SAYGI DENIZCILIK VE ELEKTRIK.

Xəbər lenti

Xəbər lenti