Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda mənzildən 37 yaşlı qadının meyiti tapılıb.
Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Qaraçuxur qəsəbəsi, məhəllə 44/48, ev 1, mənzil 117 ünvanında hamam otağında 1975-ci il təvəllüdlü Quliyeva Hökumə İsa qızının üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılıb.
İlkin ehtimala görə, qadın dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.