Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Özünü "Azərbaycan İdeyası" qəzetinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.
Trend-in cümə axşamı Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Zabrat qəsəbə sakini Müştaba Əliyev özünü "Azərbaycan İdeyası" qəzetinin əməkdaşı kimi təqdim edərək Mərdəkan qəsəbə sakini Kamil Şükürov barəsində qəzetlərdə rüsvayedici məqalələr dərc edəcəyi ilə hədə-qorxu gələrək ondan 5000 dollar pul alarkən tutulub.
Faktla bağlı cinayət işi başlanıb.