...

İranda 13 maşın toqquşub, ölən və yaralananlar var

Hadisə Materials 8 Fevral 2012 15:06 (UTC +04:00)
İranın Kərəc-Qəzvin maqistral yolunda ağır yol qəzası baş verib. Yol sürüşkən olduğu üçün 13 avtomobil bir-biri ilə toqquşub.
İranda 13 maşın toqquşub, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir T.Cəfərov/

İranın Kərəc-Qəzvin maqistral yolunda ağır yol qəzası baş verib. Yol sürüşkən olduğu üçün 13 avtomobil bir-biri ilə toqquşub. Trend-in məlumatına görə, bu barədə İranın khabaronline.ir saytı məlumat verir.

Məlumata əsasən, hadisə bu gün günorta yerli vaxtla saat 13:00-da baş verib. Hadisəyə qar və şaxtalı hava şəraiti və yolun sürüşkən olması səbəb olub. Hadisə yerində ölən və yaralananların olduğu bildirilir, lakin yaralılara yardım göstərmək hava şəraiti ilə əlaqədar və yolda tıxac yarandığı üçün mümkün deyil.

Yaralılara yerli sakinlər yardım göstərib, onları adyalla təmin edib, öz avtomobillərinə aparıblar. Təcili yardım maşınları hadisə yerinə çatmaqda çətinlik çəkir.

Məlumatda ölən və ya xəsarət alanların dəqiq sayı göstərilmir.

Xəbər lenti

Xəbər lenti