Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir K.Zərbalıyeva/
Saatlıda yaşayış evində yanğın olub, xəsarət alanlar var.
Trend-in çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Saatlı rayonu, Heydərabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı evdə olan 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.