...

Azərbaycanda "yol terroru": 100-ə yaxın ölüm

Hadisə Materials 12 Mart 2012 11:33 (UTC +04:00)
Bu ilin 2 ayında Azərbaycanda yol qəzalarında 100-ə yaxın insan dünyasını dəyişib.
Azərbaycanda "yol terroru": 100-ə yaxın ölüm

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Bu ilin 2 ayında Azərbaycanda yol qəzalarında 100-ə yaxın insan dünyasını dəyişib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, yanvar-fevral aylarında Azərbaycanda 356 yol qəzası nəticəsində 96 nəfər həlak olub, 397 nəfər xəsarət alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 106 yol nəqliyyat hadisəsi, 42 ölüm və 82 xəsarət faktı azalma qeydə alınıb.

Qeydə alınan yol qəzalarının 142-si Bakının payına düşüb. Bakıda ötən iki ayda yol qəzalarında 26 nəfər ölüb, 166 nəfər xəsarət alıb.

Ölkədə qeydə alınan yol qəzalarının 134-ü toqquşma (34 ölüm, 182 xəsarət), 134-ü piyadaların vurulması (32 ölüm, 112 xəsarət), 33-ü yolayrıcı keçmə qaydalarının pozulması (4 ölüm, 53 xəsarət), 83-ü ötmə, manevr qaydalarının pozulması (21 ölüm, 112 xəsarət), 34-ü aşma (14 ölüm, 38 xəsarət) olub.

Qəzaların 80-i (26 ölüm, 87-i xəsarət) avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Ötən müddətdə uşaqlarla bağlı yol qəzalarında 4 uşaq ölüb, 28 nəfər xəsarət alıb. Onlardan piyada kimi 7 yaşına qədər 2 uşaq, 7-16 yaşlı 11 uşaq xəsarət alıb.

Sərnişin kimi 2 uşaq həlak olub, 7 yaşa qədər 6, 7-16 yaşa qədər 8 uşaq xəsarət alıb.

Qəzalarda sürücü kimi bir uşaq ölüb, biri xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti