Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/
Salyan polisi narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi tutub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Salyan şəhər sakini Elsevər Xəlilbəyli tutulub.
Onun evinə baxış zamanı oradan 193 qram heroin, 101 qram tiryək, 1 kiloqram 294 qram həşiş, 1 ədəd bıçaq, 13 ədəd birdəfəlik şpris, 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd patron darağı, 3 ədəd patron, 1 ədəd pnevmatik tüfəng və digər əşyalar aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.