...

Bakıda məcburi köçkün ailəsinin məskunlaşdığı bağçada yanğın olub

Hadisə Materials 10 Aprel 2012 19:39 (UTC +04:00)
Bakıda məcburi köçkün ailəsinin məskunlaşdığı bağçada yanğın olub.
Bakıda məcburi köçkün ailəsinin məskunlaşdığı bağçada yanğın olub

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Bakıda məcburi köçkün ailəsinin məskunlaşdığı bağçada yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda İcra Hakimyyətinə məxsus ümumi sahəsi 580 kv.m olan 207 saylı uşaq bağçasının ikimərtəbəli binasının 1-ci mərtəbəsində məcburi köçkün ailəsinin məskunlaşdığı ümumi sahəsi 70 kv.m olan otağın yanar konstruksiyaları yanıb.

Yanğın zamanı binadan 55 azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Bağçanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti