...

İstanbulda güclü fırtına baş verib

Hadisə Materials 18 Aprel 2012 15:49 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində güclü fırtına baş verib. Fırtına nəticəsində şəhərin bir sıra yerlərinə ciddi ziyan dəyib.
İstanbulda güclü fırtına baş verib

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin İstanbul şəhərində güclü fırtına baş verib. Fırtına nəticəsində şəhərin bir sıra yerlərinə ciddi ziyan dəyib. Bu barədə Trend çərşənbə günü Türkiyənin TRT Haber telekanalına istinadən məlumat verir.

Məlumata görə, bəzi evlərin damları uçub, elektrik dirəkləri aşıb, Boğaziçi körpüsü bağlanıb.

Həmçinin, İstanbulda bəzi dəniz səfərləri təxirə salınıb.

Türkiyə hidrometeoroloqları bildiriblər ki, küləyin sürəti saatda 80 kilometrə çatıb.

Xəbər lenti

Xəbər lenti