Azərbaycan, Bakı, 3 may / Trend müxbir K.Zərbalıyeva/
Bakının daha bir rayonunda hərbi sursata oxşar şübhəli əşya narahatlıq yaradıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda hərbi sursata oxşar şübhəli əşyanın olması barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb və şübhə yaradan əşyaya baxış keçiriblər.
Şübhəli əşyanın təhlükəli olmadığı müəyyən olunub.
Xatırladaq ki, dünən Nərimanov rayonu ərazisindəki keçiddə şübhəli bağlamanın olması barədə FHN-ə məlumat daxil olmuşdu.