...

Zaqatalada növbəti zəlzələ olub

Hadisə Materials 7 May 2012 23:11 (UTC +04:00)
Zaqatalada növbəti dəfə zəlzələ qeydə alınıb.
Zaqatalada növbəti zəlzələ olub

Azərbaycan, Bakı, 7 may /Trend/

Zaqatalada növbəti dəfə zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, Bakı vaxtı ilə saat 21:58-də Zaqatala rayonunundan 13 km cənubda zəlzələ qeydə alınıb.

Yeraltı təkanların gücü episentrdə 4 bal olub.

Yeraltı təkanlar Zaqatalada 3 bal, zəlzələ mərkəzinə yaxın yaşayış məntəqələrində 3-2 bal gücündə hiss olunub.

İnsan tələfatı və tikililərdə dağıntılar yoxdur.

Qeyd edək ki, bu gün səhər saat 09:40 radələrində də Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınıb. Rayonun kəndlərində dağıntı qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti