Azərbaycan, Bakı, 11 may / Trend müxbir K.Zərbalıyeva/
Astarada 13 yaşlı uşaq su anbarında boğulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 10-da Astara rayonunun Kicəbə qəsəbəsi ərazisində, rayon sakini 13 yaşlı Vüsal Rəhmanov su anbarında çimərkən boğulub.
Rəhmanovun meyiti sudan çıxarılıb.