...

Bakı-Ələt yolunda ağır yol qəzası olub, sürücü xəsarət alıb

Hadisə Materials 14 İyun 2012 13:02 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Ələt avtomobil yolunun təxminən 25-ci kilometrliyində "Chevrolet" markalı minik avtomobili aşıb.
Bakı-Ələt yolunda ağır yol qəzası olub, sürücü xəsarət alıb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Ələt yolunda ağır yol qəzası olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Ələt avtomobil yolunun təxminən 25-ci kilometrliyində "Chevrolet" markalı minik avtomobili aşıb.

Qəzada sürücü xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb, ona ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti