...

Azərbaycanda ötən gün 3 qadın intihar edib

Hadisə Materials 4 İyul 2012 09:48 (UTC +04:00)
Azərbaycanda ötən gün 3 qadın intihar edib.
Azərbaycanda ötən gün 3 qadın intihar edib

Azərbaycan, Bakı, 4 iyul /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən gün 3 qadın intihar edib.

Goranboy rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 3-də rayonun Qızılhacılı qəsəbə sakini 36 yaşlı Pakizə Əmiraslanova yaşadığı evin həyətindəki qarajda özünü asaraq intihar edib.

Ağstafa rayon prokurorluğundan verilən məlumata görə, rayonun Ceyrançöl ərazisindəki fermada çalışan 47 yaşlı Qazax rayon sakini Gülqənd Paşayeva ferma ərazisindəki evdə özünü asıb.

İlkin məlumata görə, Paşayeva uzun müddətdir ki, mədə xərçəngindən əziyyət çəkirdi.

Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, Çəmənzəmənli küçəsi, ev 17 ünvanında yaşayan 19 yaşlı Əfsanə Qafarlı özünü yaşadığı mənzildəki borudan asaraq intihar edib.

Hər üç faktla bağlı rayon prokurorluqlarında Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti