Azərbaycan, Bakı, 26 iyul /Trend/
Ötən şənbə günü Pekində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 37-dən 77 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Sinxua" agentliyi şəhər rəhbərliyinə istinadən məlumat verir.
Ötən şənbə günü Pekinə 1951-ci ildən bəri ən güclü yağıntı düşüb. Leysan bazar ertəsi səhər saatlarında dayanıb, lakin xilasedicilər hələ bir neçə gün dağıntıları aradan qaldırıblar. Bu zaman onlar yeni cəsədlər tapıblar.
Yerli mətbuatın məlumatına görə, şənbədən bazar gününə keçən gecə şəhərə 220 millimetrdən çox yağıntı düşüb, şəhərin ayrı-ayrı rayonlarında isə 469 millimetrdən çox yağıntı qeydə alınıb.
Əlverişsiz hava şəraiti səbəbindən "Şoudu" beynəlxalq aeroportu bağlanıb, şəhər yolları isə avtomobillər üçün keçilməz olub.