Azərbaycan, Bakı, 3 avqust / Trend müxbir K.Zərbalıyeva/
Şəmkirdə 2 yaşlı uşaq bədbəxt hadisə zamanı ölüb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 2-də Şəmkir rayon sakini 2 yaşlı Günay Quliyeva oynayarkən dəmir parçasının üstünə düşməsi nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.