...

Xəzərdə 26 yaşlı gənc batıb

Hadisə Materials 10 Avqust 2012 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust / Trend müxbir K.Zərbalıyeva/

Xəzərdə 26 yaşlı gənc oğlan batıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərinin ərazisində dənizdə ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən təxminən 6 km məsafədə, nəzarət olunmayan ərazidə) 1986-cı il təvəllüdlü Anar Yusifəli oğlu Hüseynov batıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. Hüseynovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Abşeron rayonu ərazisində dənizdə və Qəbələ rayonunda göldə (müvafiq olaraq "Novxanı" sularda xilasetmə məntəqəsindən təxminən 2 km məsafədə, nəzarət olunmayan ərazidə və "Qəbələ" sularda xilasetmə məntəqəsinin ərazisində) isə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Xəbər lenti

Xəbər lenti