...

Samovar oğurladılar, maşın qaçırdıqları məlum oldu

Hadisə Materials 16 Avqust 2012 13:56 (UTC +04:00)
Bakıda avtomaşınları oğurlayan dəstə yaxalanıb
Samovar oğurladılar, maşın qaçırdıqları məlum oldu

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir E.Mehdiyev/

Bakıda avtomaşınları oğurlayan dəstə yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Çevik Polis Alayı və Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də Ağahüseyn Məmmədova məxsus samovarı oğurlamış Bakı şəhər sakinləri Elsevər Mirəliyev və Tural Qasımov tutulub.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların həmin gün Vüqar Quliyevə məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmaları da müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti