...

Bakıda ağır yol qəzası olub, bir nəfər ölüb

Hadisə Materials 22 Avqust 2012 10:08 (UTC +04:00)
Binəqədi Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, 1963-cü il təvəllüdlü Nemət Nəsirov 90 HR 672 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili idarə edərkən idarəetməni itirib və avtomobili səkiyə vurub. Avtomobil aşıb.
Bakıda ağır yol qəzası olub, bir nəfər ölüb

Azərbaycan, Bakı, 22 avqust /Trend müxbir K.Zərbalıyeva/

Bakıda ağır yol qəzası olub, bir nəfər ölüb.

Binəqədi Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, 1963-cü il təvəllüdlü Nemət Nəsirov 90 HR 672 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili idarə edərkən idarəetməni itirib və avtomobili səkiyə vurub. Avtomobil aşıb.

Nəticədə avtomobildəki sərnişin, 1975-ci il təvəllüdlü Zahir İsayev hadisə yerində ölüb.

Faktla bağlı idarədə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti